ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatının Maunt Pokono şəhərində keçirilən tədbirdə ən çox sevdiyi sözün "tarif" sözünü olduğunu bildirib.
Sitat.info xəbər verir ki, bu barədə "The New York Post" qəzeti sitat gətirdiyi kimi, o, "Deyərdim ki, ən sevdiyim söz "tarif" sözüdür. Mən onu lüğətdəki hər hansı digər sözdən daha çox sevirəm" deyib.
ABŞ lideri qeyd edib ki, xüsusilə Pensilvaniyadakı polad işçiləri onun strategiyası sayəsində "fenomenal dərəcədə daha yaxşı işləyirlər": "Əgər bizdə tariflər olmasaydı, sizin də poladınız olmazdı. ABŞ-ın heç bir yerində bir dənə də olsun polad zavodumuz olmazdı və bu, milli təhlükəsizlik üçün həqiqətən pis olardı" -deyə o əlavə edib.
2 apreldə Tramp 185 ölkə və ərazidən idxala 10% ilə 49% arasında dəyişən tarifləri elan edib. Universal 10% tarifləri 5 apreldə qüvvəyə minib, ayrı-ayrı ölkələrə tətbiq edilən tariflər 9 apreldə qüvvəyə minib.
Aytac,
Sitat.info