Bakı ilə İrəvan arasında sülh prosesində ən ciddi problem budur - Sərdar Cəlaloğlu AÇIQLADI

14:11 11 Dekabr 2025

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı əsas problem bu müqavilənin harada, hansı dövlətin vasitəçiliyi ilə bağlanması və bu zaman vasitəçi tərəfin hansısa maraqlarının nəzərə alınması ilə bağlıdır. İndiki halda sülh müqaviləsinin məhz Amerikanın vasitəçiliyi ilə, Amerikanın bölgədəki maraqlarını nəzərə almaqla bağlanması mərhələsindəyik".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, Zəngəzur dəhlizinin Tramp dəhlizi adlandırılması da bununla bağlıdır: "Amma burada Rusiya ciddi şəkildə müqavimət göstərir. Hələlik Ermənistan və Azərbaycan Rusiyaya müqavimət göstərib, bu məsələni birmənalı şəkildə Amerika müstəvisində həll etmək istəmirlər. Ona görə də sülh prosesi bir qədər uzanır".

S.Cəlaloğlu bildirdi ki, Rusiya-Ukrayna  müharibəsinin nəticələrindən asılı olaraq, bu iki ölkə arasında Amerikanın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması baş tutarsa və bu müqavilədə  Rusiyanın keçmiş SSRİ məkanları ilə bağlı  maraqları məsələsi  öz əksini taparsa, o zaman Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanması üçün heç bir maneə qalmayacaq".

Tehran,

Sitatinfo



Xəbər xətti