Kreml Trampın sülh planının 7 maddəsini RƏDD ETDİ

15:19 12 Dekabr 2025

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Ukrayna ilə bağlı 28 maddədən ibarət sülh planının yeddi əsas müddəasını faktiki olaraq rədd edib.

Sitat.info  xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Xüsusilə söhbət cəbhə xəttinin dondurulmasından, Zaporojye AES-in Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən nəzarətindən, Ukraynanın təhlükəsizliyi üçün təminatlardan və onun suverenliyinin tanınmasından gedir.

ISW-nin məlumatına görə, Moskva bunun əvəzinə 2021-ci ilin dekabrında irəli sürülmüş ultimatumlara qayıtmağı təklif edir ki, bu da NATO-nun genişlənməsi və hərbi mövcudluğu ilə bağlı məhdudiyyətləri nəzərdə tutur.

Analitiklər bildirirlər ki, Lavrovun “irəliləyiş” və ABŞ ilə fikir ayrılıqlarının aradan qaldırılması barədə açıqlamalarına baxmayaraq, Kremlin 2025-ci il danışıqlarındakı mövqeyi dəyişməyib.



Xəbər xətti