Ukraynanın Rusiyaya məxsus sualtı gəmini vurması təkcə tarixi presedent deyil, həm də hazırda Qara dənizdə “Kalibr” raketləri ilə təchiz olunmuş cəmi iki sualtı qayığı qalan Rusiyanın imkanlarının zəiflədilməsində növbəti mərhələdir.
Sitat.info xəbər verir ki, bu barədə “Defense Express” hərbi portalının analitikləri bildiriblər.
Onların sözlərinə görə, sualtı dron Novorossiysk buxtasında yerləşən 636,3 layihəli “Varşavyanka” tipli sualtı qayığı vuraraq faktiki olaraq onu sıradan çıxarıb. Bu, dünya tarixində sualtı dronun sualtı qayığa qarşı ilk uğurlu hücumudur və bu, dərhal kritik nəticə verib.
“Bu partlayış nəticəsində sualtı qayığın pərləri, valı, sükan mexanizmləri və bir sıra digər qovşaqları və aqreqatları zədələnməlidir”, – deyə ekspertlər vurğulayırlar.
Qeyd edək ki, ötən gün Ukrayna Rusiyaya məxsus sualtı qayığa hücum edib