Volkswagen 44 min avtomobili geri çağırır

13:20 29 Yanvar 2026

Volkswagen, batareyaların yanma riski səbəbindən 44.000 avtomobili geri çağırır.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Volkswagen, yüksək gərginlikli batareyaların həddindən artıq qızması nəticəsində yaranan yanğın riski səbəbindən 44.000-dən çox avtomobili geri çağırdığını elan etdi.

Geri çağırış, markanın məşhur elektrik SUV modeli olan ID.4-ün 2023-2025-ci illər arasında istehsalını əhatə edir.

Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) təxminən 43.881 ID.4 avtomobilinin proqram təminatının yenilənməsi və zəruri hallarda batareyanın dəyişdirilməsi üçün servis mərkəzlərinə çağırılacağını bildirdi.

Servis xidmətlərinin ödənişsiz olması nəzərdə tutulur. 

Sitat.info



Xəbər xətti