İran-ABŞ danışırları sadəcə vaxt itkisidir - Con Bolton

10:09 6 Fevral 2026

Dünən ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Vaşinqton və Tehran arasında planlaşdırılan görüşləri sərt tənqid edib və danışıqlardan nəticə çıxacağına inanmadığını bildirib.

Sitat.info xəbər verir ki, “Əl-Cəzirə” telekanalına müsahibəsində Bolton qarşıdakı təmasları şərh edərkən deyib ki, İranla aparılan diplomatik proses real nəticə vəd etmir.

Onun sözlərinə görə,"bu görüşlər vaxt itkisidir. İranla ABŞ arasında razılığa yer yoxdur və bu, tamamilə proqnozlaşdırıla bilən idi”.

Keçmiş müşavir əlavə edib ki, görüşlərin harada keçirilməsindən asılı olmayaraq – istər Omanda, istər Türkiyədə, istərsə də yaxın aylarda başqa platformalarda – konkret nəticə əldə olunacağına inanmır. “Trampın nə qərar verəcəyini bilmirəm, amma düşünmürəm ki, bu danışıqlardan bir nəticə alınacaq. Bu, sadəcə vaxt itkisidir”, – deyə, Bolton vurğulayıb.



Xəbər xətti