ABŞ universitetində silahlı hücum: 2 ölü, 1 yaralı

17:30 13 Fevral 2026

ABŞ-da Cənubi Karolina Dövlət Universitetində (SCSU) baş verən atışmada iki nəfər ölüb, bir nəfər yaralanıb.
Sitat.info-nun CBS News-un universitetin açıqlamasına istinadən verdiyi məlumata görə, dünən SCSU tələbələrinin yaşadığı Hugine Suites yaşayış kompleksində atışma baş verib.

Məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları məlumat aldıqdan sonra hadisə yerinə göndərilib.

Cənubi Karolina Polis Departamentinin rəsmiləri hücum nəticəsində iki nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildiriblər.

Nigar,

Sitat.info



Xəbər xətti