İtaliya mətbuatının yaydığı məlumata görə, 2025-ci ilin yay transfer pəncərəsinin son günlərində Beşiktaş JK rəhbərliyi təcrübəli mütəxəssis Luciano Spalletti ilə ciddi danışıqlar aparıb.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, həmin dövrdə italiyalı məşqçi heç bir klubla rəsmi müqavilə imzalamamışdı.
Mənbənin yazdığına görə, Spalletti ilkin mərhələdə İstanbul təmsilçisinin layihəsinə müsbət yanaşıb. Lakin tərəflər arasında vaxt məsələsi və heyətin planlaşdırılması ilə bağlı fikir ayrılıqları yaranıb. Nəticədə transfer baş tutmayıb.
Xəbərdə ən diqqətçəkən məqam isə Spallettinin avqust ayının sonunda rəsmi şəkildə "Beşiktaş”a "yox” cavabı verməsidir.
Bildirilib ki, "Beşiktaş”ın təklifini geri çevirdikdən qısa müddət sonra italiyalı mütəxəssis Juventus FC ilə anlaşıb. O, komandanın baş məşqçisi Igor Tudor ilə yollar ayrıldıqdan sonra Turin klubunun sükanı arxasına keçib.
Beləliklə, Spalletti bir vaxtlar "Yuventus”u rədd edən Mauro Icardi və "Napoli”dəki keçmiş yetirməsi Victor Osimhen ilə rəqabət mühitində yer alıb.
///AZXEBER.COM