Israildə sirenlər səsləndirilir – Məktəblər bağlanır...

10:47 28 Fevral 2026

İsrail ordusu ölkə üzrə sirenlərin səsləndirildiyini və sakinlərə qoruyucu məkanlara yaxın olmaları barədə xəbərdarlıq edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Ordunun “Telegram” kanalında yayılan bəyanata görə, bu tədbir İsrail istiqamətində raketlərin buraxılması ehtimalına qarşı əhalini hazırlamaq məqsədi daşıyır.

Bildirilib ki, ölkə üzrə fəaliyyət rejimi “tam fəaliyyət”dən “zəruri fəaliyyət” mərhələsinə keçirilir. Bu çərçivədə məktəblər bağlanır, kütləvi toplaşmalar qadağan olunur, həyati əhəmiyyət daşımayan iş yerlərinin fəaliyyəti isə dayandırılır.

Nigar,

Sitat.info



Xəbər xətti