Türkiyə daha bir  İran raketini vurub 

15:52 13 Mart 2026

​​​​​​Bu gün Türkiyə Müdafiə Nazirliyi İrandan buraxılan və Türkiyə hava məkanına daxil olan daha bir ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin yaydığı məlumata görə, raket NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən vurulub.

Bəyanatda bildirilib ki, Türkiyənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə görülür.

Nazirlik, habelə, hadisənin bütün detalları ilə araşdırıldığını və məsələ ilə bağlı müvafiq ölkə ilə məsləhətləşmələrin aparıldığını bildirib.

Qeyd edək ki, bu, İrandan Türkiyə istiqamətində buraxıldığı bildirilən üçüncü raketdir. Daha əvvəl Türkiyə mediası ölkənin cənub bölgələri üzərində hava həyəcanı siqnalı verildiyini və bir raketin vurulduğunu xəbər vermişdi.

Aytac,

Sitat.info 



Xəbər xətti