İranda 10 yaşlı qız partlayış səsindən öldü

12:10 25 Mart 2026

İranın Yəzd şəhərində ABŞ və İsrail tərəfindən həyata keçirildiyi bildirilən hücum zamanı baş verən partlayış səsindən 10 yaşlı qız ölüb.

Sitat.info Fars xəbər agentliyinə istinadən xəbər verir ki, ölümün səbəbinin partlayışdan yaranan şok və psixoloji stress olduğunu bildirib.

Yəzd qubernatorluğu rəsmilərinə istinadən verilən xəbərdə partlayışın şəhərin xaricindəki hərbi məntəqəyə edilən hücum nəticəsində baş verdiyi bildirilir.

Rəsmilər hücumdan sonra ərazidə yaranan güclü səs dalğalarının mülki əhaliyə çox ciddi psixoloji təsir göstərdiyini qeyd ediblər.

Nigar,

Sitat.info



Xəbər xətti