Birləşmiş Ərəb Əmirlikləri (BAƏ) İran tərəfindən atıldığı ehtimal olunan ballistik və qanadlı raketlərin hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, məlumata görə, eyni zamanda Fuceyrə əmirliyində yerləşən neft obyektlərindən birində PUA hücumundan sonra yanğın baş verib.
Tehran hadisə ilə bağlı rəsmi açıqlama verməsə də, dövlət mediasına istinadən hərbi rəsmilərin BƏƏ-ni hədəf almaq planının olmadığını bildirdiyi qeyd olunur.
Hadisəyə beynəlxalq reaksiya gecikməyib. Qətər, İordaniya, Səudiyyə Ərəbistanı və Küveyt, eləcə də Körfəz Əməkdaşlıq Şurası və Avropa İttifaqı BAƏ-yə qarşı ehtimal edilən hücumu pisləyiblər.
Donald Tramp İranı xəbərdar edərək bildirib ki, əgər ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazında hədəfə alınarsa, İran “yer üzündən silinəcək”.
Qeyd edək ki, İran tərəfi daha əvvəl ABŞ-a məxsus hərbi freqatın vurulduğunu iddia etsə də, bu məlumat ABŞ ordusu tərəfindən təkzib olunub.
Aytac,
Sitat.info