Bu gün SEPAH-ın siyasi məsələlər üzrə müavini Yədullah Cavani İranın ali lideri Müctəba Xameneyinin ABŞ ilə danışıqlara başlamağa icazə verdiyini iddia edib.
Sitat.info xəbər verir ki, onun sözlərinə görə, bu qərar Tehranın öz şərtlərini müəyyənləşdirməsindən sonra qəbul olunub və danışıqlar prosesi “ləyaqət mövqeyindən” aparılmalıdır.
Cavani bildirib ki, ABŞ ilə təmaslara başlamaq qərarı ölkə daxilində aparılan siyasi məsləhətləşmələrin nəticəsində verilib. O əlavə edib ki, Xameneyinin prinsipial mövqeyi Vaşinqtonla dialoqun tamamilə qadağan olunması anlamına gəlmir.
SEPAH rəsmisinin sözlərinə görə, İran tərəfi istənilən danışıqlarda milli maraqlar və əvvəlcədən müəyyən edilmiş şərtlər əsasında hərəkət etməyə davam edəcək.
Aytac,
Sitat.info