Bu həftə birbaşa ABŞ-İran danışıqları olmayacaq - Rəsmi Tehran yalanladı

15:30 29 İyun 2026

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, bu həftə Qətərdə ABŞ rəsmiləri ilə texniki qruplar səviyyəsində görüş keçirilməsi planlaşdırılmır.

Sitat.info xəbər verir ki, o, Tasnim agentliyinə bu barədə danışıb.

Qəribabadi deyib ki, Qətərlə məsləhətləşmələr, o cümlədən qarşı tərəfin öhdəliklərinin icrasının izlənilməsi istiqamətində işlər davam etsə də, Dohada işçi qrupların görüşü ilə bağlı bəzi KİV-lərin xəbərləri təsdiqini tapmır.

Qəribabadinin sözlərinə görə, texniki işçi qruplarının ilk görüşü yalnız müvafiq şərtlər formalaşdıqdan, tarix və məkan barədə razılıq əldə edildikdən sonra keçiriləcək. O qeyd edib ki, bu məsələ ilə bağlı vasitəçi ölkələr vasitəsilə məsləhətləşmələr davam edir.

Qeyd edək ki, daha əvvəl bir sıra media orqanları, o cümlədən "Al Jazeera", ABŞ və İran arasında danışıqların çərşənbə axşamı Qətərin paytaxtı Dohada keçiriləcəyini iddia etmişdi.

Nigar,

Sitat.info



Xəbər xətti