İsrail ordusu gecə saatlarında Livanın cənubunda yerləşən Nəbatiyə şəhərinə hava zərbələri endirib.
Sitat.info xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusu əvvəlcə Nəbatiyə şəhərinin ətraf ərazilərini hava hücumuna məruz qoyub.
Bildirilib ki, təxminən beş dəqiqə sonra eyni əraziyə pilotsuz uçuş aparatı ilə növbəti zərbə endirilib. Hücum eyni vaxtda Litani çayına baxan Zavtar əl-Şərqiyyə bələdiyyəsi istiqamətində pulemyot atəşi ilə müşayiət olunub.
Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Aytac,
Sitat.info