Böyük Britaniyanın Baş naziri KEir Starmer istefasına dörd gün qalmış Kiyevə səfər edib.
Sitat.info xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirəcək. Britaniya hökuməti bildirib ki, Starmerin rəhbərliyi dövründə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olan 34 ölkədən ibarət "könüllülər koalisiyası" yaradılıb.
Həmçinin London və Kiyev arasında 100 illik tərəfdaşlıq sazişi imzalanıb. Britaniya bu müddətdə Ukraynaya 250 mindən çox pilotsuz uçuş aparatı, 8 minə yaxın raket və 350 mindən çox artilleriya mərmisi göndərib. London Almaniya ilə birlikdə Ukrayna üzrə "Ramştayn" formatına həmsədrlik edib və PUA istehsalı sahəsində Kiyevlə əməkdaşlığı genişləndirib.
Bundan başqa, Böyük Britaniya Rusiyaya qarşı 1 400-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.
Starmer iyunun 22-də istefa verəcəyini açıqlamışdı. Onun yerinə Leyboristlər Partiyasının yeganə namizədi Endi Börnemin seçilməsi gözlənilir. Böhran Leyboristlər Partiyasının may ayında keçirilən yerli seçkilərdə ciddi itkilər verməsindən sonra başlayıb.
Aytac,
Sitat.info