BMT Livanda didərgin düşənlərin sayını açıqladı - Şok rəqəm

09:17 22 İyul 2026

BMT Livanda 400 mindən çox insanın hələ də didərgin vəziyyətdə qaldığını və davam edən hücumlar səbəbindən minlərlə ailənin evlərinə qayıda bilmədiyini açıqlayıb.

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə bildirib ki, sığınacaqlarda yaşayan ailələr getdikcə ağırlaşan humanitar problemlərlə üz-üzədir. Onun sözlərinə görə, insanlar sığınacaqlarda çətin şəraitdə yaşayır, təmiz suya çıxışları məhduddur və dolanışıq təmin etməkdə çətinlik çəkirlər.

Picture background

Düjarrik qeyd edib ki, bir çox ailə gündəlik ehtiyaclarını qarşılamaq üçün borc almağa məcbur qalır. Bu borcların hətta həyati əhəmiyyət daşıyan dərman vasitələrinin alınmasına da sərf edildiyi vurğulanıb.

BMT rəsmisi əlavə edib ki, didərgin düşən insanlar evlərinə qayıda bilmirlər. Buna səbəb kimi davam edən təhlükəsizlik riskləri, dağıdılmış infrastruktur və doğma yaşayış məntəqələrində əsas xidmətlərin məhdud olması göstərilib.

BMT Livandakı humanitar vəziyyətə diqqəti artırmağa və didərgin düşmüş əhaliyə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Aytac,

Sitat.info



Xəbər xətti