Sergey Lavrovla Marko Rubio görüşdü

09:59 23 İyul 2026

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubio arasında Manilada keçirilən danışıqlar başa çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, görüş 35 dəqiqə davam edib.

Qeyd edək ki, ABŞ Dövlət katibinin cədvəlinə əsasən, onun rusiyalı nazirlə görüşünə təxminən yarım saat vaxt ayrılıb. Hələlik görüşlə bağlı əlavə məlumat açıqlanmayıb.



Xəbər xətti