Buzovna çimərliyində böyük bir dənizkənarı ərazi hasara alınıb, sakinlərin rahat şəkildə dəniz sahilinə getməsinə maneə yaradılıb.
Bu barədə Sitat.info-ya qəsəbə sakinləri məlumat veriblər.
Ərazidə apardığımız çəkiliş zamanı məlum oldu ki, hasarlanma işləri həmin ərazidəki "Glam Beach" çimərliyinin sahibi tərəfindən həyata keçirilib.
Sakinlərin sözlərinə görə, hasarlanan ərazinin sözügedən çimərliyə aidiyyatı yoxdur və uzun illərdir xalq çimərliyi kimi istifadə olunur.
Obyekt sahibi ilə sakinlər arasında yaranan narazılıqdan sonra hasarlanan ərazinin məftillərlə hörülmüş hissəsindən insanların keçidi üçün dar bir keçid açılıb. Həmin keçid o qədər dardır ki, insanlar ordan əyilərək keçə bilərlər. Təmizlənməyən ərazini isə kol-kos basdığından oranı keçib dəniz sahilinə yaxınlaşmaq elə də asan deyil.
Ərazidən hazırladığımız videonu təqdim edirik.
@sitat.info Buzovnada obyekt sahibi dənizi hasarladı ♬ orijinal səs - Sitat.info xəbər portalı