Yəmən ordusu husilərə qarşı əməliyyat keçirdi

10:35 8 Avqust 2026

Yəmən ordusu İranın dəstəklədiyi husilərə qarşı hərbi əməliyyat keçirdiyini açıqlayıb.

Sitat.info-nun məlumatına görə, ordu sözçüsü Macid ən-Nuzeyli bildirib ki, əməliyyat husilərin Marib və Hadrəməvt vilayətlərindəki hərbi düşərgələrə hücumlarına cavab olaraq həyata keçirilib. Əməliyyat bir neçə cəbhədə husilərin canlı qüvvəsi və hərbi texnikasına qarşı təşkil olunub.

Nuzeyli husiləri Yəməni regional qarşıdurmalara sürükləməkdə və ölkədə məzhəbçiliyi yaymaqda ittiham edib. O, hücumların davam edəcəyi təqdirdə ordunun cavab verəcəyini bildirib.

Husilər isə hələlik açıqlama verməyib.

Yəmən Müdafiə Nazirliyi daha əvvəl husilərin Marib və Hadrəməvtdə ordu mövqelərinə ballistik raket və PUA hücumları nəticəsində 17 hərbçi və zabitin öldüyünü açıqlamışdı.

Aytac,

Sitat.info



Xəbər xətti