Tramp Uitkoff və Kuşneri Moskvaya göndərir

15:12 17 Avqust 2026

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və onun kürəkəni Cared Kuşnerin Ukrayna münaqişəsinin həlli ilə bağlı konkret təkliflərlə Moskvaya gedəcəyi gözlənilir.

Sitat.info xəbər verir ki, bunu rusiyalı diplomat Oleq Karpoviç TASS-a bildirib. Onun sözlərinə görə, səfərin məqsədi Tramp administrasiyasının Ukrayna münaqişəsinin həllində daha fəal iştirak etmək cəhdidir.

Karpoviç qeyd edib ki, Rusiya münaqişənin köklü səbəblərinin aradan qaldırılmasını və əvvəlki məqsədlərin həyata keçirilməsini tələb edir.

Ekspertin sözlərinə görə, münaqişənin dondurulması və ya atəşkəs Rusiyanın mövqeyinə görə qəbuledilməzdir. O, belə bir fasilənin Ukraynanın yenidən silahlanması üçün istifadə oluna biləcəyini bildirib.

TASS daha əvvəl Vitkoff və Kuşnerin avqustun sonunadək Kiyev və Moskvaya səfər edə biləcəyini yazıb.



Xəbər xətti