Bakıda şadlıq evinin qarşısında kütləvi dava olub.
Sitat.info xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Təbrik Palace" restoranının qarşısında baş verib. Sakinlər belə hadisələrin tez-tez baş verdiyini, bundan əlavə, restoranda keçirilən şənliklər zamanı ətrafa yayılan səs-küydən narahat olduqlarını bildirirlər. Onlar həmçinin iddia edirlər ki, toylar başlayan kimi nə avtomobillərini normal park edə, nə də mənzillərində rahatlıq tapa bilirlər.