Rusiyada səfərbərlik: 600 min nəfərin orduya cəlb edilməsi planlaşdırılır

16:42 27 Avqust 2026

Rusiya 2026-2027-ci illərdə əlavə səfərbərlik planlarını nəzərdən keçirir. Bu il 300 min, gələn il də bir o qədər olmaqla, ümumilikdə 600 min nəfərin orduya cəlb edilməsi planlaşdırılır.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı artıq bu və gələn il müəyyən edilmiş müddətlərdə 600 min nəfərlik əlavə səfərbərlik variantını hazırlayıb.

“Rusiya rəhbərliyi əlavə səfərbərliyi müharibədə təşəbbüsün itirilməsinə, cəbhədə şəxsi heyət itkilərinin davamlı artmasına və regionlarda müqavilə əsasında hərbi xidmətə qəbul tempinin nəzərəçarpacaq dərəcədə zəifləməsinə cavab tədbiri kimi nəzərdən keçirir”, - qurum qeyd edib.



Xəbər xətti