“Mənim üçün duyğusal təcrübə idi” - Özge Gürel “44”dən danışdı
Sitat.info xəbər verir ki, Ö.Gürel bu barədə “Vogue Türkiye”yə danışıb.
Aktrisa bildirib ki, bu prosesi şəxsən yaşamış insanlarla bir arada olmaq onun üçün fərqli təcrübə olub: “Mənim üçün duyğusal təcrübə idi. Çəkilişlərimiz uzun müddət davam etdi və bu mənə çox dəyərli əlaqələr qazandırdı. Azərbaycanlı aktyor İbrahim Çingiz inanılmaz dərəcədə çalışqan və çox istedadlıdır. Onunla işləmək, birlikdə nələrsə yaratmaq çox xoşdur. Hekayədə duyğular bizim üçün əsasdır. Buna görə də ortaq dil tapmaqda çətinlik çəkmədik, çünki hekayənin özü bizə kifayət qədər ilham verdi.
Nələrisə vaxtında çatdırmaq, tələskənlik bəzən yorucu ola bilir. Burada isə bir aktyor kimi öz duyğularımı idarə edə bilmək üçün kifayət qədər imkanımın olduğunu hiss etdim. Hamımız hekayənin içinə dərindən daxil olmuşduq. Səhnələrdən əvvəl rejissorlarımla və digər aktyorlarla uzun söhbətlər edirdik. Bu proses özümü olduqca yaxşı hiss etməyimə də kömək etdi”.
Ö.Gürel həmçinin Bakıda “44” filminin qala gecəsindən sonra El Gouna Film Festivalı üçün Misirə getməsi ilə bağlı sualı da cavablandırıb: “Möhtəşəm bir səyahətdir. Hekayələrin ardınca gedərək tamamilə fərqli yolları kəşf etmək və hər səfərin sonunda kinonun gücünə yenidən heyran olmaq... Söhbət hekayə danışmaqdan gedirsə, məkanın və zamanın heç bir əhəmiyyəti yoxdur, geriyə qalan yeganə həqiqət hekayənin özü və onun sizə hiss etdirdikləridir...”