"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi davam edir.
Sitat.info xəbər verir ki, layihə çərçivəsində növbəti konsert 11 yanvar, saat 15:00-da Qara Qarayevin ev muzeyində gənc bəstəkar, pianoçu Aydan Əliyevanın iştirakı ilə baş tutacaq.
Aydan Əliyeva 2024-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuşdur. Simfoniya, prelüd, fortepiano və orkestr üçün əsərlər və mahnılar yazmış, sevilən ifaçılar tərəfindən bu mahnılar səsləndirilmişdir.
Layihənin keçirilməsində başlıca məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istidadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.