“Solo gənclik” layihəsi davam edir

12:37 13 Fevral 2025

"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi davam edir.

Sitat.info xəbər verir ki, layihə çərçivəsində növbəti konsert 15 fevral, saat 15:00-da  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində gənc xanəndə Məftun Səfərlinin iştirakı ilə baş tutacaq. 

Məftun Səfərli Bülbül adına 11 illik musiqi məktəbi və Azərbaycan Mədəniyyət və incəsənət universitetinin xanəndəlik ixtisası üzrə məzunudur. Muğam müsabiqəsinin laureatı olmuşdur.Resbublika və Beynəlxalq  səhnlərdə ölkəmizi təmsil etmiş, müsabiqələrin laureatıdır

Layihənin keçirilməsində başlıca məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istidadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdı.



Xəbər xətti