Çin Tayvan yaxınlığında hərbi təlimləri başa vurub

22:17 10 Avqust 2022

Çin ordusunun ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra bölgədə başlayan hərbi təlimləri başa çatıb.

Bundan sonra Şərq nəhəngi adanın yaxınlığında müntəzəm patrul xidməti aparmağı planlaşdırır.

Bu barədə Çinin Şərq Hərbi Əməliyyatlar Dairəsi Komandanlığının sözçüsü Şi Yi məlumat verib.

Onun sözlərinə görə, ötən həftə başlayan təlimlərdə ordu bütün tapşırıqları uğurla yerinə yetirib.

Eyni zamanda, çərşənbə günündən etibarən Tayvan limanlarına gedən ticarət gəmiləri əvvəlcədən planlaşdırılan marşrutlar üzrə hərəkəti bərpa edib.

Mənbə: rbc.ua



Xəbər xətti