"Azərişıq" iş başında - Binədə elektrik kabelləri yeniləndi - VİDEO
“Azərişıq” ASC-nin əməkdaşları Xəzər rayonu, Binə qəsəbəsinin “Sovxoz” adlanan ərazisində elektrik xətlərinin yenilənməsi ilə bağlı işlər həyata keçiriblər.
Sitat.info xəbər verir ki, Xəzər Rayon İşıq İdarəsinin əməkdaşları Laçın məktəbinin yaxınlığında yerləşən elektrik dirəklərinə baxış keçirib, yararsız vəziyyətdə olan elektrik kabellərini yeniləri ilə əvəzləyiblər.
İdarədən bildirilib ki, ərazidəki digər küçələrdə də analoji işlərin aparılması nəzərdə tutulur.
Aytac,
Sitat.info