Ramiz Mehdiyevlə bağlı qərar

Ramiz Mehdiyevlə bağlı qərar
Gündəm 30 Oktyabr 2026 17:28

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması ilə bağlı Ümumi Yığıncağın qərarını təsdiqləyib.

Sitat.info xəbər verir ki, bir neçə gün əvvəl AMEA Rəyasət Heyətinin iclasında səsə qoyularaq qəbul edilən üzvlükdən çıxarılma barədə qərar Akademiyanın Ümumi Yığıncağı tərəfindən qəbul olunub.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində ötən il Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.