Hicaba görə məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Hicaba görə məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
KRİMİNAL 30 Oktyabr 2026 13:21
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Sitat.info xəbər verir ki, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər. 

Araşdırma davam etdirilir.