Trampdan Netanyahu açıqlaması: “Durumu kifayət qədər yaxşıdır”
ABŞ Prezidenti Donald Tramp İsraildə keçirilən seçkilərdən sonra Baş nazir Benyamin Netanyahunun vəziyyətini qiymətləndirib.
Sitat.info xəbər verir ki, Tramp bu barədə Amerikanın “Axios” platformasına müsahibəsində danışıb.
ABŞ Prezidenti Netanyahuya verdiyi dəstəyin seçkilərdə ciddi təsir göstərdiyini bildirib.
“Eşitdiyimə görə, ona verdiyim dəstək Bibi üçün böyük fərq yaradıb”, – deyə Tramp qeyd edib.
O, Netanyahunun seçkilərdəki şansları ilə bağlı ilk xəbərlərin qorxulu olduğunu, lakin hazırda vəziyyətinin kifayət qədər yaxşı olduğunu söyləyib.
İsrailin “Yedioth Ahronoth” qəzeti isə ABŞ prezidentinə yaxın mənbələrə istinadən Vaşinqtonun Netanyahuya müxalifətlə milli birlik hökuməti qurması üçün təzyiq göstərə biləcəyini yazıb.
Aytac,
Sitat.info