Ermənistanda korrupsiyada şübhəli bilinən vəzifəli şəxslər həbs edildi

Ermənistanda korrupsiyada şübhəli bilinən vəzifəli şəxslər həbs edildi
Dünya 30 Oktyabr 2026 11:48
Ermənistanın Şirak vilayətində korrupsiyada şübhəli bilinən 10 nəfər saxlanılıb.

Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilir ki, saxlanılanlar arasında  Məhkəmə İcra Xidmətinin Şirak Regional İdarəsinin rəisi David Poqosyan və eyni idarənin daha iki vəzifəli şəxsi də var. 

Komitənin məlumatına görə, üç vəzifəli şəxs həbs edilib, digər təqsirləndirilən şəxslərə alternativ qətimkan tədbirləri tətbiq edilib.