Vens İranla danışıqları bərpa etməyə çalışır - KİV

Vens İranla danışıqları bərpa etməyə çalışır - KİV
Dünya 29 Oktyabr 2026 09:47
ABŞ-nin vitse-prezidenti C.D.Vens Prezident Donald Trampın göstərişi ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayiyə Vaşinqton və Tehran arasında danışıqları bərpa etmək üçün məktub göndərib.

Sitat.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb. 

Diplomatik səylər Trampın 3 noyabrda ABŞ-də keçiriləcək ara seçkilərdən sonra İrana qarşı hərbi hücumları bərpa etməklə hədələməsi ilə əlaqədardır.

Nəşrin məlumatına görə, Vens Trampı yeni hərbi hücumdan imtina etməyə inandıracaq ortaq məxrəcin tapılıb-tapılmayacağını müəyyən etməyə çalışır. Bu, hələlik yekun sülh razılaşmasına deyil, gələcək danışıqlar üçün mümkün çərçivəyə aiddir.

Qeyd edək ki, Vaşinqton İrandan nüvə proqramı ilə bağlı güzəştlər istəyir. Tehran da öz növbəsində sanksiyaların aradan qaldırılması və dondurulmuş İran vəsaitləri məsələsinin həlli də daxil olmaqla iqtisadi güzəştlər istəyir. Bu fikir ayrılıqları razılığa gəlməkdə əsas maneələrdən biri olaraq qalır.