Mehdiyev Qəbələdəki gülləkeçirməz villasını müsadirədən necə yayındırıb? – VİDEO
Xəbər verdiyimiz kimi, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, lakin cəzasının icrası şərti hesab edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə olunub. Müsadirə olunan əmlakların siyahısında torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.
Lakin Mehdiyevin əmlaklarının siyahısında onun Qəbələdə yerləşən gülləkeçirməz villasının adına rast gəlmədik.
Xatırladaq ki, Sitat.info olaraq ötən il Ramiz Mehdiyevə məxsus olduğu bildirilən dəbdəbəli villalardan birinin Qəbələ rayonunda yerləşməsi barədə videoreportaj hazırlamışdıq.
Təxminən 5 hektar ərazini əhatə edən villa Qəbələ-Laza yolunun üzərində yerləşir. Yerli sakinlər villanın gülləkeçirməz olduğunu bildiriblər. Əmlakın ümumi dəyərinin isə təxminən 10 milyon manat olduğu deyilir. Məlumata görə, bu villaya daha çox qızı və yeznəsi istirahətə gəlirmiş.
Görünür, Mehdiyev bu villanı özünün yox, yaxınlarından birinin adına sənədləşdirib.
Ətraflı videodan izləyə bilərsiniz.
Məğrur,
Sitat.info