Zelenski üçtərəfli danışıqların vaxtını açıqladı

Zelenski üçtərəfli danışıqların vaxtını açıqladı
Dünya 28 Oktyabr 2026 17:33

Ukrayna, ABŞ və Rusiyanın Əbu-Dabidə üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "The Sun" qəzetinə müsahibəsində bildirib.

    Zelenski Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının ABŞ-dakı aralıq seçkilərdən sonrakı günlərdə baş tutacağını qeyd edib.

    Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər 3 noyabrda keçiriləcək.