Putin və Zelenski ilə görüş keçirmək istəyir

Putin və Zelenski ilə görüş keçirmək istəyir
Dünya 28 Oktyabr 2026 10:20
ABŞ Prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə tezliklə görüş keçirməyə ümid edir.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Düşünürəm ki, Rusiya və Ukrayna ilə böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq”, - o deyib.

Görüşün kiminlə planlaşdırıldığına dair suala isə Ağ Ev rəhbəri “Prezident Putin və Prezident Zelenski ilə”, - deyə cavab verib.