"Brent" bahalaşdı
ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 1,44% artaraq 1 barelə görə 115,52 ABŞ dolları təşkil edib.
Sitat.info xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,42% artaraq 101,32 ABŞ dollarına bərabər olub.