Neftimiz bu gün neçəyə satılır?

Neftimiz bu gün neçəyə satılır?
İQTİSADİYYAT 24 Oktyabr 2026 10:50
Dünya bazarında Azərbaycan neftinin qiyməti 126 dolları ötüb.

Sitat.info xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,64 ABŞ dolları və ya 3,81% artaraq 126,59 ABŞ dollarına yüksəlib.

Bundan əvvəl Azərbaycan nefti 121,95 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.