Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix açıqlandı

Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix açıqlandı
SOSİAL 23 Oktyabr 2026 16:00

"Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir".

Sitat.info oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb:

"Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün işlər başa çatdırılandan sonra yerüstü stansiya sərnişinlərin istifadəsinə veriləcək".

M.Rzayev qeyd edib ki, yerüstü stansiya 2028-ci ildə istifadəyə veriləcək.

Xatırladaq ki, hazırda Bakıda "Xocəsən" və "Bakmil" adlı iki yerüstü stansiyaları fəaliyyət göstərir.