Naxçıvanda hava nəqliyyatı ilə sərnişin və yük daşınması artdı

Naxçıvanda hava nəqliyyatı ilə sərnişin və yük daşınması artdı
SOSİAL 23 Oktyabr 2026 15:10

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatı ilə 667,1 min sərnişin və 10,9 min ton yük daşınıb.

Naxçıvanın Dövlət Statistika Komitəsindən Sitat.info-ya bildirilib ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,1 % və 5,8 % çoxdur.

9 ayda muxtar respublikada daşınan sərnişinlərin 1,8 %-i hava nəqliyyatının payına düşüb. Yük daşımalarında isə hava nəqliyyatının payı isə 0,2 % təşkil edib.