İlham Əliyev bu sazişləri TƏSDİQ ETDİ
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
***
Azərbaycanla Qoşulmama Hərəkatı arasında imzalanmış Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib.
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun layihəsini imzalayıb.
Bununla, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiqlənib.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Sitat.info xəbər verir ki, sənəd bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.