Prezident Azərbaycanla BMT arasında Anlaşma Memorandumunu təsdiqlədi

Prezident Azərbaycanla BMT arasında Anlaşma Memorandumunu təsdiqlədi
SİYASƏT 20 Oktyabr 2026 16:10

“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu” təsdiq edilib.

Sitat.info xəbər verir ki, Memorandum Prezident İlham Əliyevin imzaladığı Qanunla təsdiqlənib.

    Qeyd edək ki, Memorandum 2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanıb.