7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
İdman 20 Oktyabr 2026 16:19

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb.

Bu barədə Sitat.info-ya AMADA-dan məlumat verilib.

Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.

Sanksiya avqustun 31-dən qüvvəyə minib.

Qeyd edək ki, Daniel Holostenkonu yeniyetmə və gənclər arasında 7 dəfə Azərbaycan çempionu olub.