Allahşükür Paşazadə dindarlara səsləndi: "Səbrli olun..." - video

Gündəm 13 Oktyabr 2026 18:56

“Həmin insanlar, həmin dövlətlər var ki, siyasətləri bizim siyasətimizlə üst-üstə düşmür, bizi gözləri götürmür. Bu insanlar bu gün bizim yaşayışımızı, həyat tərzimizi qəbul edə bilmirlər”.

Sitat.info xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Real TV”yə müsahibəsində bildirib.

O, dindarlara müraciət edərək onları səbirli olmağa çağırıb:

“Bizim dindarlar öz dövlətini, öz dövlətçiliyini istəyən adamlardır. Dindarlarımıza müraciət etmək istəyirəm ki, səbirli olsunlar. Bu hadisəni dövlətlə dindarlar arasında sanki qarşıdurmaya çevirmək istəyirlər. Belə bir şey yoxdur”.