Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO
HADİSƏ 13 Oktyabr 2026 15:42

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.