Slovakiya ilə bağlı saziş təsdiqləndi

Slovakiya ilə bağlı saziş təsdiqləndi
SİYASƏT 12 Oktyabr 2026 15:46

"Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş" təsdiq edilib.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev sazişin təsdiqi haqda müvafiq qanunu imzalayıb.

Qeyd edilib ki, 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş" təsdiq edilib.