Minik avtomobili hərəkətdə olan yük qatarının qarşısına çıxdı - Sürücü son anda xilas oldu - Video
Salyanda minik avtomobili qatarla toqquşub.
Sitat.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında dəmiryolu xəttinin Salyan-Salmanlı sahəsində olub.
Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil hərəkətdə olan lokomotivin qarşısına çıxıb.
Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
Sürücü sonda özünü maşından ataraq xilas olub.