İtkin kimi axtarılan 8 nəfər tapıldı

İtkin kimi axtarılan 8 nəfər tapıldı
KRİMİNAL 10 Oktyabr 2026 14:50
Oktyabrın 9-da polis əməkdaşları tərəfindən itkin düşmüş kimi axtarışı aparılan 8 nəfərin yeri müəyyən edilərək tapılıb

Sitat.info xəbər verir ki, həmin şəxslərin ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub.

Onlar aidiyyəti üzrə təhvil veriliblər.