Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi

Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
İdman 10 Oktyabr 2026 12:02

Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

Sitat.info xəbər verir ki, millimiz “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

Komandamızın heyətində 40-cı dəqiqədə Nigar Mirzalıyeva, 69-cu dəqiqədə isə Manə Mollayeva fərqləniblər.