“Qalatasaray” “Samsunspor”u məğlub etdi - Türkiyə Super Liqası  

“Qalatasaray” “Samsunspor”u məğlub etdi - Türkiyə Super Liqası  
İdman 21 Noyabr 2026 19:36

Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir.

Sitat.info xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Samsunspor”la qarşılaşıb.

    İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

    Görüşdə hesabı 4-cü dəqiqədə Lukas Torreyra açıb. Yunus Akgün 53-cü dəqiqədə fərqi iki topa çatdırıb. Qonaqların heyətində isə 57-ci dəqiqədə Məhəmməd Bayo fərqlənib.

    Qeyd edək ki, XII turun qarşılaşmasından sonra “Qalatasaray”ın xalları 31-ə çatıb və komanda liderliyini qoruyub. “Samsunspor” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.